Sərhəddə zəlzələ - Naxçıvanda da hiss edildi

Türkiyə-İran sərhədində baş verən zəlzələ Naxçıvanda da hiss edilib.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 20:17-də Heydərabad stansiyasından 30 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ Naxçıvan MR-da Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub", -deyə məlumatda bildirilib.
Zəlzələ episentirdə 4 bala gücündə və 10 kilometr dərinlikdə olub.