Şəmkirdə 87 yaşlı kişi intihar edib

Şəmkir rayonunda 87 yaşlı kişi özünü asaraq intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qapanlı kəndində olub.

Rusiya vətəndaşı, əslən Şəmkir rayon Qapanlı kəndindən olan 1936-cı il təvəllüdlü Həsənov Sahib Əli oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

O, tək yaşayırmış. İntiharın səbəbi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.