Cəlilabadda yol qəzası olub

Cəlilabad rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, qəza nəticəsində 3 nəfər rayon sakini - 2003-cü il təvəllüdlü Əli Həsənov, 2006-ci il təvəllüdlü Hüseyn Zeynalov və 2001-ci il təvəllüdlü Malik Musazadə xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.