Tovuzda qohumlar arasında mübahisə düşüb, bıçaqlananlar var

Tovuz rayonunda qohumlar arasında mübahisə yaşanıb, iki nəfər bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndinə qeydə alınıb.

Belə ki, kənd sakinləri Gündüz Cəfərov və İsrail Cəfərovla kürəkənləri Zəlimxan Quliyev arasında məclislərin birində mübahisə yaşanıb.

Bu zaman G.Cəfərov və İ.Cəfərov bıçaq xəsarəti alıb. Onları bıçaqlamaqda şübhəli bilinən Z.Quliyev isə döyülərək müxtəlif bədən xəsarətləri alıb.

Hər üçü xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.