Qaraməryəm-Şəki yolunda hərəkət dayanıb

Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda hərəkət dayanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün saat 23 radələrində Oğuz rayon ərazisində güclü küləklə müşahidə olunan leysan yağışı yağıb.

Gücıü külək səbəbindən Qaraməryəm-İsmayıllı- Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsində irigövdəli qovaq ağacı yıxılıb. Yolda maşınların hərəkəti müvəqqəti dayanıb. Hazırda ərazidə təmizləmə işləri aparılır.