Nizami rayonunda bu küçələrdə kanalizasiya xəttində problem

Bakı şəhəri, Nizami rayonu Tofiq Abbasov küçəsinin Əli Vəliyev küçəsi ilə kəsişdiyi ərazidə kanalizasiya xəttində qəza baş verib.

"Sherg.az" xəbər verir ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında baş verən hadisə nəticəsində yolun hərəkət hissəsinə çirkab suları dolub.

Sakinlərin redaksiyamıza verdiyi məlumata görə, artıq əraziyə "Azərsu" ASC-nin xüsusi texnikası cəlb edilib.