Təzyiqi qalxan sürücü avtomobili ağaca çırpıb

Göyçayda sürücü idarəetməni itirərək ağaca çırpılıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə Göyçayın Cəyirli kəndində qeydə alınıb. Təzyiqi qalxan sürücü, Göyçay sakini 1977-ci il təvəllüdlü Zöhrab Arif oğlu İsmayılov idarəetməni itirib və avtomobil ağaca çırpılıb. Hadisə nəticəsində yüngül bədən xəsarətləri alan sürücü təcili olaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda vəziyyəti stabildir.