Haram sevgi bitdi, üçüncü arvadını öldürdü

Üç arvadı ilə birgə yaşayan kişi üçüncü arvadının başqa kişi ilə münasibətdə olduğunu öyrənib və onu başından güllələyib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, ikinci əl mağazası işlədən Chonkawee Deechan adlı tailandlı son günlərin ən qalmaqallı hadisələrindən birinə imza atıb. Çərşənbə günü baş verən hadisədə Deechan arvadını mağazasında başından vurub.

Xəbərdarlıq edildikdən sonra hadisə yerinə çox sayda tibb və polis qrupu göndərilib, lakin Deechan həyat yoldaşını özü xəstəxanaya çatdırıb. Güllənin qadının kəllə sümüyü nahiyəsinə dəydiyi müəyyən edilib və o, təcili əməliyyata alınıb. Yerli mediaya danışan bəzi mənbələr qadının öldüyünü bildirib.  Xəstəxanada saxlanılan Deechan  polis bölməsinə aparılıb.


Dindirmə zamanı Deechanın əslində 3 arvadı olduğu və öldürdüyü qadının onun üçüncü arvadı olduğu müəyyən edilib. Qadının yeni sevgilisi olduğunu öyrənən və onun mesajlarını görən Deechan hirsləndiyini və  arvadını 0,38 kalibrli güllə ilə vurduğunu etiraf edib.

Şahidlər polisə verdiyi ifadədə üç qadının ərləri ila münasibətlərinə baxmayaraq, bir-biri ilə yaxşı anlaşdıqlarını bildiriblər. İş o yerə çatıb ki, Deechan illərdir bu ərazidə bizneslə məşğul olsa da, arvadları ilə heç vaxt mübahisə etməyib.

Kamera qeydlərini izləyən qruplar dəhşətli hadisə zamanı ikinci arvadın da mağazada olduğunu müəyyən ediblər. Gənc qadın tələsik sorğu-sual olunub. Dindirilmə zamanı üçüncü arvadın başqa kişi ilə görüşdüyünü lentə alan ikinci arvad polisə bildirib ki, əvvəllər bir-biri ilə problemi olmayıb.

Turan