Bakıda iki maşın toqquşub, işıqfor aşıb

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən xəbərə görə, hadisə səhər saatlarında Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsində baş verib. Avtomobillərdən birinin vurduğu işıqfor yararsız vəziyyətə düşüb. Problemin aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.