Xəyallarını idarə etmək üçün başını deşdi, qan apardı

Rusiyada bir şəxs xəyallarını idarə etmək məqsədi ilə  çip yerləşdirmək üçün başını elektrik burğu alətilə deşib. 

Sherg.az Rusiya mətbuatına istinadən xəbər verir ki, adan qan itirməyə başlayanda xəstəxanaya aparılıb.

Hadisə belə inkişaf edib. Rusiyanın Novosibirsk şəhərində yaşayan 40 yaşlı Mixail Raduqa yuxularını idarə etmək və izləmək üçün çip hazırlayıb. 


 
Təxminən 2 ay əvvəl bir klinikaya müraciət edən və hazırladığı çipi beyninə yerləşdirilməsini istəyən Raduqa riskli əməliyyat olduğuna görə klinikadan rədd cavabı alıb. Bundan sonra o çipin beyinə necə yerləşdiriləcəyini öyrənmək üçün internetdə araşdırma aparıb .

Raduqa uşaqlığından bəri xəyallar üzərində işlədiyini və son bir il yarımdır bu mövzuda araşdırma apardığını qeyd edib.


Bir müddət sonra Raduqa çipi başına yerləşdirmək qərarına gəlib və elektrik burğu alətilə  kəlləsini deşib.

Bu zaman qan itirən Raduqa özü ən yaxın xəstəxanaya qaçıb.

Əməliyyata alınan adamın kəllə sümüyünə yerləşdirdiyi çip çıxarılıb. Hazırda onun həyati təhlükəsinin olmadığı açıqlanıb.

Turan