Ehtiyatsızlıqdan tapança ilə dostunu öldürdü


Samsunun Canik rayonu Belediyeevleri Məhəlləsində baş verən hadisədə Ömür Can Ö. evdə dostları ilə oturarkən tapançanı Tayfun S.-nin (37) əlindən alaraq ona müdaxilə etməyə başlayıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, bu sırada əli tətiyə dəyən Ömür Can Ö.-nin əlindəki tapançadan çıxan güllə Cenk Regaip Akmanın sağ sinəsinin altına dəyib.

Dostları avtomobilləri ilə Akmanı özəl xəstəxanaya aparıblar. Lakin Akmanı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə ilə əlaqədar iş başlatan polis qrupları, Ömür Can Ö., böyük qardaşı Yusuf Ö. (30) və yoldaşları Erdem A. (41) və Tayfun S. nəzarətə alıb.

Turan