Türkiyədə atışma zamanı iki nəfər ölüb


Türkiyənin Manisa vilayətində atışma olub.

APA xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Turqutlu mahalında bazarda iki nəfər arasında mübahisə silahlı insidentə çevirilib.

Mübahisə edən tərəflərdən biri digərinə tapançadan atəş açıb. Bu zaman həmən adamı kənardan naməlum şəxs güllələyib.

Hadisə yerinə sağlamlıq və jandarma qrupları sövq edilib.