Evlilik təklifi etmək istədi, üzüyü dənizə düşdü


Türkiyənin Ordu bölgəsinin  Altınordu rayonunda yaşayan Cem Günday 1,5 il əvvəl tanış olduğu həmyaşıd Şeyda Nur Tuncla evlilik təklifi etmək üçün hazırlıq  görüb. 

Sherg.az türk mediasına istinadən xəbər verir ki, iyulun 27-də sevgilisini sahilə çıxararaq məşəllə kirayə götürdüyü qayığa mindirən Günday dizi üstə çökərək üzüyü uzadaraq evlilik təklifi edib. Bu vaxt Gündayın əlindən üzük sürüşərək dənizə düşüb. Həmin anlar kameraya düşüb.

Günday üzüyü tapmaq üçün dənizə girsə də,  heç bir nəticə əldə edə bilməyib. Cütlüyün kömək istədikləri dalğıc üzüyü taparaq onlara çatdırıb.



Günday daha sonra üzüyü Tunçun barmağına taxıb və evlilik təklifinə "Bəli" cavabı alıb. Cütlüyün keçən həftə ailələrin razılığı ilə   nişanlandığı bəlli olub.