12 yaşlı yeniyetmə yol qəzası törədib

Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2011-ci il təvəllüdlü Quluzadə Səid Səyyad oğlunun idarə etdiyi avtomobil beton maneəyə çırpılıb.

Qəza zamanı yeniyetmənin bel fəqərə sümüyü sınıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.