13 yaşlı qızı ilan sancıb

Lerikdə 7-ci sinif şagirdini ilan sancıb.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə Lerik rayonunun Kaqo kəndində baş verib. Kənd sakini, 2010-cu il təvəllüdlü Aynur Asif qızı Məmmədovanı bağda ayağından ilan sancıb. A.Məmmədova Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona zəhər əleyhinə zərdab vurulub.