Çanaqqalada güclü meşə yanğını nəzarət altına alınıb

Çanaqqalada baş verən güclü meşə yanğını 48 saat sonra nəzarət altına alınıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.

O, yanğın zamanı ölənlərin olmadığını da qeyd edib: “Yanğın 2 min 650 hektar meşə sahəsi və 1 430 hektar kənd təsərrüfatı sahəsi olmaqla 4 min 80 hektar əraziyə ziyan vurub. Bu zərərin nə qədər olduğunu araşdırmalardan sonra müəyyən edəcəyik”.