Demet Akalın qəzaya düşdü

Türkiyəli məşhur müğənni Demet Akalın gəmi qəzası keçirib.
Bakupost.az türk mətbuatına istinadən xəbər verir ki, Demet Kuşadasında yerləşən “Didim”dəki konsertinə getmək üçün gəmiyə minib.
Lakin gəmi körpüyə çırpılıb və saniyələr ərzində batmağa başlayıb.
İnstaqram hesabında yazılı paylaşım edən müğənni "Yaxşıyıq, gəmi ilə gəlmək istəyərkən çox böyük qəzaya düşdük. Alnım şişib" deyib.