Kaliforniyada “F-18” qırıcısı qəzaya uğrayıb

ABŞ Silahlı Qüvvələrinə məxsus “F-18” qırıcısı Kaliforniya ştatının San Dieqo Dəniz Piyadaları bazası yaxınlığında qəzaya uğrayıb.

Pilotun taleyi və təyyarənin qəzaya uğrama səbəbi hələ ki məlum deyil.

Qeyd edək ki, qəza boş ərazidə baş verib, itki və dağıntı yoxdur.

Mənbə: TASS