Kür çayında uşaq batdı

Kür çayında batan uşağın axtarışları aparılır.



Bu barədə Bakupost.az -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.




Bildirilib ki, FHN-nin "112" qaynar telefon xəttinə Kür çayının Zərdab rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində 1 nəfər uşağın batması barədə məlumat daxil olub.




Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.