Aeroport şosesində və Ziya Bünyadov prospektində qəza olub

Bakıda iki yol qəzası baş verib.

APA xəbər verir ki, birinci qəza aeroport şosesində baş verib. Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Digər yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospekti, “Xutor” tunelinin çıxışında qeydə alınıb.

Hazırda “ Koroğlu” metro stansiyası istiqamətində sıxlıq var.

Hər iki qəza səbəbindən yaranan sıxlığın aradan qaldırılması məqsədilə əraziyə yol polisi əməkdaşları cəlb olunub.