43 yaşlı kişi faciəvi şəkildə öldü

Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının dəyməsi nəticəsində 43 yaşlı İlham Hüseynov vəfat edib.


Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.