Sabirabadda qaz balonu partlayıb

Sabirabadda qaz balonunun partlaması nəticəsində rayon sakini yanıq xəsarətləri alıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Çöl Beşdəli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Əliyev Bəybala Elşən oğlu qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra B.Əliyev Bakı şhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır