Tovuzda yük maşını yanıb, xəsarət alan var

Tovuz rayonunun Qovlar şəhərində yük maşını yanıb, 1 nəfər yanıq xəsarətləri alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yük yerində 3 ton ot bağlaması olan "ZİL" markalı avtomobildə yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü N.Səfərov yanıq xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.