Türkiyənin Ordu şəhərində qanlı hadisə baş verib.
Keçmiş həyat yoldaşı Mükerrem Başarmak (48) tərəfindən dəyənəklə döyülən Ayşe Çətin (39) xəstəxanada dünyasını dəyişib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında, 4 mərtəbəli binanın ikinci mərtəbəsində baş verib. Mükerrem Başarmak təxminən bir il əvvəl boşandığı Ayşe Çətinin yaşadığı evə gedib. İkili arasında qısqanclıq zəminində başlayan mübahisə davaya çevrilib.
Mükerrem Başarmak evdə tapdığı dəyənəklə Çətini döyüb. Qadının qışqırtısını eşidən qonşular vəziyyəti 112 Təcili Yardım Mərkəzinə bildiriblər.
Polis və sağlamlıq qrupları ünvana gəlib. Zəngi vuran polisə qapını açmayan Mükerrem Başarmak keçmiş həyat yoldaşını dəyənəklə vurmağa davam edib. Qapını sındıraraq içəri daxil olan qruplar Ayşe Çətini yerdə qanlar içində tapıblar.
Mükerrem Başarmak saxlanılıb. İlk müdaxiləsindən sonra Ordu Dövlət xəstəxanasına aparılan Ayşe Çətin burada bütün müdaxilələrə baxmayaraq gecə həyatını itirib.
Ayşe Çətinin 4 iyul 2022-ci ildə 7 cinayət qeydi olan Mükerrem Başarmak haqqında uzaqlaşdırılma qərar çıxardığı və 15 gün sonra şikayətini könüllü olaraq geri götürdüyü bildirilir. Məlum olub ki, şübhəli şəxs onu narahat etməyə davam etdikdən sonra yenidən məhkəməyə müraciət edib və 25 iyul 2022-ci ildə 2 aylıq uzaqlaşdırılma qərar verilib.