Bakıda qadın küçədə bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Yasamal rayonunda, “İnşaatçılar” metrosunun yaxınlığında qeydə alınıb. Küçədə kişi qadını bıçaqlayaraq qaçıb. Bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

DİN-dən APA-ya bildirilib ki, cinayət əməlini törədən şəxs saxlanılıb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.