Qəbələdə külək iri gövdəli ağacı avtomobil yoluna aşırıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ şəhərində iri gövdəli ağacın avtomobil yoluna aşması ilə əlaqədar yaranan təhlükə barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, ağac küləyin təsirindən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Qəbələ şəhəri ərazisindən keçən hissəsinə aşmaqla avtomobillərin hərəkətinə maneə yaradıb.

Xilasedicilər aşmış ağacı hissələrə kəsib yoldan kənarlaşdıraraq avtomobillərin təhlükəsiz hərəkətini təmin ediblər.