Goranboyda sel bir sıra fəsadlar törədib

Goranboya güclü yağışdan sonra sel gəlib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün günorta saatlarında leysan yağışdan sonra rayonun Ağcakənd qəsəbəsinə dağlardan sel suları gəlib. Nəticədə qəsəbədə bəzi evlərə sel suları dolub. Qəsəbənin yollarını sel suları yararsız hala salıb.

Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.