Qala qəsəbəsində 27 yaşlı gənci elektrik cərəyanı vurub


Bakının Xəzər rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

“Report”un məlumatına görə, Qala qəsəbəsində 1996-cı il təvəllüdlü Abdullayev Bəymurad Bəylər oğlu elektrik naqili ilə işləyərkən onu cərəyan vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.