Hindistanda keçirilən G20 sammitində iştirak edən Kanadanın Baş naziri Castin Trudo və onun nümayəndə heyəti, o cümlədən mətbuat nümayəndələri təyyarədə baş verən texniki problem səbəbindən Yeni Dehlidən ayrıla bilməyiblər.
Axar.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Telekanal bildirib ki, texniki problemi tez bir zamanda aradan qaldırmaq mümkün olmayıb. Buna görə də bütün nümayəndə heyəti hələlik Hindistandadır.
C.Trudo və onu müşayiət edən şəxslərin Kanadaya nə vaxt uça biləcəyi bəlli deyil.