Masazırda evdən üzərində zorakılıq əlamətləri olan meyit tapıldı

Masazırda evdən üzərində zorakılıq əlamətləri olan meyit tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsində evlərin birində 1983-cü il təvəllüdlü Səbinə Cavad qızı Rzayevanın üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş qadına qarşı cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.