Hava Limanında əməliyyat: 10 min 300 tülkü quyruğu ələ keçirilib - FOTOLAR

İstanbul Hava Limanında əməliyyat zamanı  Moskvadan gələn Özbəkistan və Yunanıstan vətəndaşı olan iki sərnişin təqib edilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, təyyarə eniş etdikdən sonra gömrük əməkdaşları şübhəlilərin fiziki təqibinə başlayıb.

Dörd çamadanla sərnişin salonuna gələn və gömrük bəyannaməsi məntəqəsində dayanmadan birbaşa çıxışa yönələn şübhəlilərin qarşısı alınıb.

Qruplar, sərnişinlərin baqajını rentgen müayinəsi edib. Skanlama nəticəsində  çamadanlarda şübhəli konsentrasiyaların olduğunu müşahidə edilib.
X-ray müayinəsindən sonra başlanan ətraflı axtarışda çamadanların heyvan quyruğu ilə dolu olduğu müəyyənləşib.




 
Əməliyyat nəticəsində ümumi dəyəri 1 milyon 236 min türk lirəsi olan 10 min 300 ədəd tülkü quyruğu ələ keçirilib.

Hadisə ilə bağlı Qaziosmanpaşa Respublika Prokurorluğu tərəfindən istintaqın davam etdirilir.