Qazaxıstanda mədən qəzası: Ölənlərin sayı artdı - YENİLƏNİB

Qazaxıstanda Kostenko şaxtasında ölənlərin sayı 28 nəfərə çatıb.

Bu barədə Respublika Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Məlumata görə, hazırda 18 şaxtaçının axtarışları davam edir.

Yeri gəlmişkən, qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev oktyabrın 29-nu şaxtada ölənlərin xatirəsinə Milli Matəm Günü elan edib.

10:26

Karaqandada (Qazaxıstan), Kostenko şaxtasında baş vermiş qəza nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.

Bu barədə müəssisənin sahibi olan “ArcelorMittal Temirtau” (AMT) şirkətinin icraçı direktoru Viktor Qafiulov məlumat verib.

Son məlumata görə, 252 nəfərdən 205-i şaxtadan çıxarılıb, onlardan 18-i tibbi yardıma müraciət edib. Hazırda mədəndə 23 şaxtaçı qalıb və onların axtarış-xilasetmə işləri davam etdirilir.

09:30

Qazaxıstanın Karaqanda vilayətində Kostenko şaxtasında qəza baş verib.

Faciə nəticəsində azı 16 nəfər həlak olub, daha 18 şaxtaçı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

İlkin ehtimallara görə, metan qazının partlayışı baş verib.

Hadisə zamanı yerin altında 252 nəfər olub, onlardan 205-i çıxarılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “ArcelorMittal Temirtau” şirkətinin sahibi olan şirkətə sərmayə qoymağı dayandırmağı əmr edib.

“Dövlət başçısı hökumətə şaxtaçıların ailələrinə bütün lazımi yardımların göstərilməsini tapşırıb. Hökumətə şirkətlə investisiya əməkdaşlığını dayandırmaq tapşırılıb”, - Qazaxıstan hökumətinin Mətbuat Xidmətinin bəyanatında deyilir.

Fövqəladə vəziyyətin araşdırılması üçün dövlət komissiyası yaradılıb.

Qeyd edək ki, təqribən iki ay əvvəl “Kazaxstanskaya” mədənində faciə baş vermişdi.

Mənbə: Pravda.ru, “Sputnik” Qazaxıstan, Kazinform