Şəkidə baş verən yol qəzasında bir nəfər ölüb

Oktyabrın 28-də saat 18 radələrində Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində 1965-ci il təvəllüdlü Vahabov Əsgər Əfkər oğlunun idarə etdiyi traktorla Əhmədov Sahib Məmməd oğlunun idarə etdiyi “Ford” markalı avtomobil toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində traktorun sürücüsü Ə.Vahabov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.