Gürcüstanda 17 yaşlı azərbaycanlı traktorun altında qaldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Dmanisi bələdiyyəsinin Yırğançay kəndində bədbəxt hadisə zamanı 17 yaşlı Kərəm Yusubov həyatını itirib.

Sherg.az "Trend"-ə istinadla xəbər verir ki, hadisə onun traktoru idarə etməsi zamanı baş verib.
Bildirilib ki, yeniyetmə idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.


Nəticədə o, vəfat edib.