Bərdədə yaşlı qadını avtomobil vuraraq öldürüb 

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Ağdam-Bərdə avtomobil yolunun rayonun Şirvanlı kəndindən keçən hissəsində qeydə alınıb.

1955-ci il təvəllüdlü İbrahimova Leyla Huseyin qızı yolu keçmək istərkən Camal adlı şəxsin idarə etdiyi 90-EK-152 dövlət qeydiyyat nişanlı "VAZ-21015" markalı minik avtomobili onu vurub.

68 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Faktla bağlı araşdırma aparılır.