Gəncədə itkin düşən 17 yaşlı oğlan tapılıb 

Gəncədə itkin düşən 17 yaşlı oğlan tapılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Sherg.az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində şəxsin yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.