Bıçaq, ütü, işgəncə: Arvadlarını bir-bir qətl etdi

   Türkiyənin Manisa bölgəsinin Saruhanlı əyalətində həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən 58 yaşlı Necati Akpınarın yazışmaları üzə çıxıb. 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, N.Akpınarın qızı Alev Sevindik ötən ilin dekabrında həyat yoldaşı ilə gecə saatlarında  Saruhanlı Polis Mərkəzinə gedərək atasının qatil olduğunu bildirib. A.Sevindik atasının birlikdə yaşadığı qadın Mutlu Menekşəni öldürərək cəsədini İstasyon məhəlləsindəki evindən 50 metr kənarda gizli dəfn etdiyini polisə xəbər verib.  

Bu məlumatdan sonra polis ərazidə axtarışlara başlayıb. Və qadının cəsədi aşkarlanıb. Təhqiqatlar nəticəsində qadının başından aldığı zərbələr nəticəsində öldüyü müəyyənləşib. Qadının dini nikahla birlikdə yaşadığı N.Akpınar polis tərəfindən saxlanılıb. Polis araşdırması bunu da müəyyənləşdirib ki, N.Akpınar bundan əvvəl də 2 cinayət törədib. 1984-cü ildə həyat yoldaşı Əminə Akpınarı bıçaqlayaraq qətlə yetirib. 2003-cü ildə isə ikinci həyat yoldaşı Fatma Akpınarı ütüylə yandıraraq qətl edib. 2020-ci ildə koronavirus pandemiyası zamanı N.Akpınar şərti cəzayla həbsxanadan buraxılıb. Amma qadın qatili kişi yenə dinc durmayıb. Üçüncü dəfə ailə qurduğu Mutlu Menekşəni də işgəncə verərək öldürüb. Qadınını cəsədində döyülmə, yanıq izləri, sümüklərin qırılması təsbit edilib.  N.Akpınara ömürlük həbs cəzası tələb edilib. Bu da məlum olub ki, N.Akpınar M.Menekşənin ölümündən 1 gün əvvəl qızı Alevə zəng edib, deyib ki, qadını həkimə aparmaq istəyir, amma bədənində qaralmalar var deyə, həkimin bunların səbəbini soruşacağından ehtiyat edir. Necati qadının vəziyyətinin ağlır olduğunu deyərək qızından təcili evə gəlməsini istəyib. Lakin qızı “gəlib nə edəcəyəm”, deyərək, gəlməyib. İstintaq N.Akpınarın qızını da vəziyyəti bilib xəbər verməməkdə, atasıyla cinayət ortağı olmaqda şübhəli bilir. M.Menekşənin qızı isə N.Akpınarın da, qızının da cəza almasını istəyir.