NATO əməkdaşı türk qızını şikəst etdi

"Mənim ağrı və acılarım bitməyəcək"

  Türkiyənin Bodrum bölgəsi, Güvərcinlik məhəlləsində idarə etdiyi avtomobillə qəza törədən amerikalı, NATO-da vertolyot mühəndisi olan Reginald Sevene Bodrum məhkəməsi tərəfindən 3 illik həbs cəzası və 2 il sürücülük hüququndan məhrumetmə cəzası kəsilib. “Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, hadisə 2021-ci ilin iyul ayında baş verib. Türkiyədə səfərdə olan NATO əməkdaşı R.Seven idarə etdiyi avtomobili piyada keçidinə tərəf sürüb. Bu zaman yolu keçən Ezgi Aydındağ avtomobilin təkərləri altında qalaraq ciddi xəsarətlər alıb. Xəstəxanaya aparılan Ezgi Aydındağ bir neçə dəfə ağır əməliyyatlar keçirib, uzun müddət müalicə alıb. R.Seven isə sərbəst buraxılıb, istintaq davam etsə də, barəsində həbs-qətimkan tədbiri seçilməyib. Ezgi Aydındağın müalicəsinə AHBAP Dərnəyi və Haluk Ləvənt dəstək verib. İşə baxan Bodrum məhkəməsi amerikalı sürücünün ağır qəzaya səbəb olduğunu əsas tutaraq ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası, eyni zamanda sürücülük hüququnun da məhdudlaşdırılmasına qərar verib. Məhkəmə R.Sevenə bəraət istəyib. Məhkəmə prosesində iştirak edən, hələ də şikəst qalmış Ezgi Aydındağ və ailə üzvləri isə məhkəmədən ədalətli qərar gözlədiklərini bildiriblər. Hakim qərarı elan etdikdən sonra Ezgi məhkəməyə təşəkkürünü bildirərək bunları söyləyib: “Hakimə minnətdaram, çünki hər kəs bu cür ədalətli davranmaya bilər. Amma məhkəmənin qərarı həyatımda bundan sonra heç nəyi dəyişməyəcək. Müttəhimin ağlaması, üzür diləməsi, peşmanlığı mənim ağrılarımı azaltmır, yaralarımı sağaltmır. Onun üçün 3 ildən sonra yeni həyat başlayacaq. Mənim ağrı və acılarımsa bitməyəcək. Yenə də məhkəmənin qərarı ürəyimə az da olsa su səpir”.