Cəlilabadda ağır qəza: Xəsarət alan var

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunda, Sərhədabad kəndi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan “Lada Priora” markalı minik avtomobili qarşıda gedən VAZ-2107 markalı maşına çırpılıb.

Qəza nəticəsində “Priora” idarəetməni itirib və yol kənarına çıxıb. Sürücünün xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.