Sumqayıtda maşın piyadanı vurub

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində, Nəriman Nərimanov küçəsində qeydə alınıb. Yolu keçmək istəyən 1953-cü il təvəllüdlü Mayxanım Maqsud qızı Hüseynovanı avtomobil vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.