Astarada baş verən qətllə bağlı DİN açıqlama verib - YENİLƏNİB

Astarada baş verən qətl hadisəsi ilə bağlı DİN açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA - nın cənub bürosuna verilən məlumata görə, noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***

17:12

Astarada yaşlı qadın qətlə yetirib.

APA - nın cənub bürosunun verdiyi məlumata görə hadisə Astara rayonun Kakolos kəndində qeydə alınıb. Yaşı təqribən 70 dən yuxarı olan qadın qətlə yetirib. Hadisənin hansı zəmində baş verdiyi araşdırılır.


Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerindədilər.
Qadının əvvəllər feldşer işlədiyi deyilir.


Faktla bağlı araşdırma davam etdirilir.