Bakıda evdə yanğın olub, xəsarət alanlar var

Bakı şəhərinin Nizami rayonunda ümumi sahəsi 210 kvadratmetr (hər mərtəbəsi 105 kvadratmetr) olan ikimərtəbəli 8 otaqlı evin ikinci mərtəbəsində sahəsi 30 kvadratmetr olan otağın tavanı 20 kvadratmetr sahədə, 3 ədəd pəncərə çərçivəsi və ev əşyaları qismən yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğın zamanı biri uşaq olmaqla 2 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.