Ukrayna vətəndaşı Antalyada pulunu oğurlayan azərbaycanlıları öldürüb

Ötən gün Antalyanın Alanya rayonunda ukraynalı Dmitri C.-nin silah gücü ilə içərisində 35 min avro olan çantası oğurlanıb.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ukrayna vətəndaşı avtomobili ilə pulunu oğurlayan və motosikletlə qaçmağa çalışan Azərbaycan vətəndaşları Murat O. və Elnur B.-ni vuraraq öldürüb. Hadisədən sonra saxlanılan Ukrayna vətəndaşı bu gün məhkəməyə çıxarılıb və həbs edilib. Ukrayna vətəndaşının elektron ticarətlə məşğul olduğu bildirilir.