Azərbaycanda yenidən zəlzələ oldu

Bu gün yerli vaxtla saat 22:46-da İsmayıllı stansiyasından 4 km şimalda, İsmayıllı rayonunda maqnitudası 2.9, zəlzələ ocağının dərinliyi 7 km olan zəlzələ qeydə alınıb.

Sherg.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.