Bakı Beynəlxalq Avtovağzal Kompleksində qətl hadisəsi olub


Bakının Binəqədi rayonunda kişi qətlə yetirilib.

APA xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin giriş hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə mübahisə zəminində baş verib.

Belə ki, Savadov İzmir Sabuter oglu bıçaqlanaraq qətlə yetirilib.