Əkiz uşaqları olacaqdı, qadın dünyasını dəyişdi - FOTO

Qazaxda dörd aylıq hamilə qadın dünyasını dəyişib.

Trend-in əldə etdiyi məlumata görə, qadının səhhətində qəfil problem yaranıb. Həkimə müraciət etdikdə hər iki uşağın inkişafdan qaldığı məlum olub.

Hamilə qadın Bakıya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, rayonun Daş Salahlı kənd sakini 31 yaşlı Mələk Yusifli əkiz uşaqlara hamilə olub.