Sumqayıtda 19 yaşlı qız itkin düşüb

Sumqayıtda 19 yaşlı qız itkin düşüb.
APA xəbər verir ki, hadisə “Kimyaçılar” qəsəbəsində baş verib. Qəsəbə sakini, 2004-cü il təvəllüdlü Nuriyeva Günay Allahverdi qızı yaşadığı evdən çıxıb gedib və bir daha geri qayıtmayıb.
Faktla bağlı polisə məlumat verilib.