Lənkəranda yol qəzasında 7 nəfər xəsarət alıb - FOTO

Lənkəranda ağı yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah-Masallı yolunda, Girdəni kəndi ərazisində qeydə alınıb. "QAZel" markalı yük maşını "VAZ-21011" markalı minik avtomobili ilə toqquşub. Toqquşma nəticəsində 5 nəfər Bərdə rayon sakini - 1984-cü il təvəllüdlü Ramin İsax oğlu Hüseynov, 1957-ci il təvəllüdlü Roza İsacan qızı Hümmətova, 2009-cu il təvəllüdlü Yasəmən Yasin qızı Şirinzadə, 1981-ci il təvəllüdlü Sevil Sabir qızı Hüseynova, 1980-ci il təvəllüdlü Sevinc Sabir qızı Hüseynova və iki nəfər Lənkəran rayon sakini - 1988-ci il təvəllüdlü Elmin Əli oğlu Rzayev, 1984-cü il təvəllüdlü Mirmayis Mətləb oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının Acil şöbəsinə yerləşdiriliblər.
Bərdə sakinlərinin Lənkərana qonaq gəldiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.