Xaçmazda aqroparkda yanğın başlayıb - FOTO - YENİLƏNİB

Günorta saatlarında Xaçmazda “Yalama aqropark”ında baş verən güclü yanğının söndürülməsi istiqamətində işlər davam edir.
APA-nın şimal bürosu xəbər verir ki, hadisə yerinə Xaçmaz və Qusar rayonlarından FHN-nin texnikaları və canlı qüvvəsi cəlb olunub. Aqroparkın ot anbarlarında başlayan yanğının qarşısını almaq üçün tədbirlər görülür.

***

16.46
Xaçmaz rayonunun Yalama kəndində təsərrüfatların birində yanğın baş verib.
APA-nın şimal bürosu xəbər verir ki, yanğın ot bağlamaları olan ərazidə başlayıb.
Əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Qeyd olunub ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Yalama kəndində ot bağlamalarının yanması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.