Bakıda avtomobil qadını vuraraq öldürüb

Bakıda avtomobil qadını vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Binəqədi rayonu Azadlıq prospektində qeydə alınıb.
1963-cü il təvəllüdlü İlyas Paşayev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə piyada 1968-ci il təvəllüdlü Aygün Həsənovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.